Açıq mənbəli məxfilik texnologiyası vasitəsilə fikir azadlığını qorumaq və təhlükəsiz qlobal ünsiyyəti təmin etmək.
Öncül məhsulumuz "Signal Messenger" ilə məlumatlarınızı idarə etmək "məsuliyyətindən"sə, onların biz daxil hər kəsdən qorunmasının məhz "istifadəçi məxfiliyi"nə xidmət etdiyindən əminik.
Açıq mənbə icmasının sadiq bir üzvü kimi, texnologiyamızı və biliklərimizi paylaşaraq, digər şirkətləri də öz məhsul və xidmətlərində bunlardan istifadəyə təşviq edirik.
Signal fondu 501c3 bölməsinə əsaslanan qeyri-kommersiya təşkilatıdır. Adımızla qürur duyur və bir qeyri-kommersiya təşkilatının, hər hansı bir kommersiya təşkilatı ilə eyni səviyyədə yenilikçi ola və inkişaf edə biləcəyini göstərməyə çalışırıq.
Signal Fondu 2012-ci ildə yaradılmış Signal Messengeri-i dəstəkləmək üçün 2018-ci ildə təsis olunub. Fond vasitəsilə biz Signal-ın böyüməsini və davam edən əməliyyatlarını dəstəkləyə, həmçinin məxfi ünsiyyət xüsusiyyətinin gələcəyini araşdıra bildik.
Signal, reklamçıları və ya investorları olmayan, yalnız onu istifadə edən və ona dəyər verən insanlardan dəstək alan qeyri-kommersiya təşkilatıdır.
Signal fondu "Signal Messenger"in ana firması kimi formalaşdırılıb, çünki hədəfimizdə bir gün eyni missiyaya aparan və məxfiliyi qoruyan digər layihələrin təbliğatı da var.
Dünyada milyonlarla insanın "Signal Messenger"dən pulsuz bir tətbiq kimi istifadə etməsi üçün icmanın dəstəyinə etibar edirik. Bu yolda bizimləsinizmi?
Amba Kak on ildən artıqdır ki, dövlət tənzimləyicilərinin, sənaye sahəsinin, vətəndaş cəmiyyəti təşkilatlarının və xeyriyyəçilərin məsləhətçisi kimi fəaliyyət göstərən, transmilli təcrübəyə malik bir hüquqşünas və texnologiya siyasəti üzrə ekspertdir. O, hazırda Nyu-Yorkda siyasət araşdırması üzrə aparıcı təşkilat olan "AI Now" İnstitutunun icraçı direktoru və Şimal-Şərq Universitetində Kibertəhlükəsizlik və Məxfilik İnstitutunun baş elmi işçisidir.
Amba ABŞ Federal Ticarət Komissiyasında tənzimləyiciyə yeni yaranan texnologiya məsələləri üzrə məsləhətlər verən baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib. "AI Now"dan əvvəl Amba "Mozilla"da Asiya-Sakit Okean regionunda və ondan kənarda məlumatların məxfiliyi qanunları və şəbəkə neytrallığı kimi məsələlərdə təşkilatların mövqelərini inkişaf və təşviq etdirən bir Qlobal Siyasət Məsləhətçisi vəzifəsində işləyirdi. O, hazırda Mozilla Fondunda İdarə Heyətinin proqram komitəsinin bir üzvüdür. Amba Hindistanda Milli Hüquq Elmləri Universitetində Hüquq sahəsi üzrə bakalavr dərəcəsi (Hons) alıb. O, Rodos təqaüdçüsü kimi qəbul olunduğu Oksford Universitetindən Hüquq sahəsi üzrə magistr (BCL) və İnternet Sosial Elmləri üzrə magistr dərəcələrinə malikdir.
Brian Acton 2009-cu ildə WhatsApp mesajlaşma tətbiqinin həmtəsisçisi olan iş adamı və kompüter proqramçısıdır. 2014-cü ildə tətbiq "Facebook"a satıldıqdan sonra Acton müştəri verilənlərinin istifadəsi və məqsədyönlü reklam siyasəti ilə əlaqəli fikir ayrılığına görə şirkətdən çıxaraq bütün səylərini qeyri-kommersiya müəssisələrinə yönəltmək qərarına gəldi. 2018-ci ilin fevral ayında şəxsi büdcəsindən 50 milyon dollar yatıraraq Moxie Marlinspike ilə birgə Signal Fondunu yaratdı. Signal fondu məxfi ünsiyyətin əlçatanlığını, təhlükəsizliyini və hər yerdə mövcud olmasını təmin etmək üçün özünü əsaslı fəaliyyətə həsr etmiş bir qeyri-kommersiya təşkilatıdır.
WhatsApp və Signal Fondunu yaratmazdan əvvəl Acton Apple, Yahoo və Adobe kimi şirkətlərdə proqram təminatı yaradıcısı kimi 25 ildən çox fəaliyyət göstərmişdi.
Jay, istehlakçı texnologiyası sahəsində aparıcı vəzifələrdə fəaliyyət göstərmiş geniş təcrübəyə malik məhsul tərtibatçısıdır. Son olaraq o,Twitter-in istehlakçı və gəlir məhsulları, qabaqcıl texnologiya, məhsul, dizayn, tədqiqat və verilənlər elmi üzrə baş meneceri vəzifəsində fəaliyyət göstərib. Twitter-dən əvvəl Jay Facebook-da "Reality Labs"ın süni intellekt üzrə köməkçisinin hazırlanmasına, daha sonra isə Messenger və Instagram Direct üçün məxfilik, bütünlük və sistemlərin məhsul qruplarına rəhbərlik edib. Jay, Mozilla-da Məhsullar üzrə Baş Vitse-Prezident və Baş Əməliyyat Direktoru vəzifəsində fəaliyyət göstərib. Burada o, Firefox-un yüksəlişi zamanı onun əsas buraxılışlarına rəhbərlik etmiş, veb platforması, eləcə də insanları internetdə daha çox seçim və nəzarətlə təmin etmək üçün təşəbbüskar olmuşdur.
Jay həmçinin startap qurucusu olub və karyerasının ilk illərində "Firefly Network" (Microsoft tərəfindən satın alınıb) və "Oracle"da proqram mühəndisi və texniki menecer kimi fəaliyyət göstərib.
Jay Yale Kollecində tətbiqi riyaziyyat üzrə bakalavr dərəcəsi alıb və bir neçə Amerika Birləşmiş Ştatları patentinin ortaq ixtiraçısıdır.
Katherine Maher "Wikimedia" Fondunun Vikipediya bölməsindən məsul, keçmiş baş direktoru və icraçı direktorudur. O, hazırda Atlantik Şurada işinin əsasının texnologiya, insan hüquqları və demokratiyanın vəhdətindən təşkil olunduğu qeyri-rezident baş elmi işçidir. "Wikimedia"dan əvvəl o, rəqəmsal hüquqlar təşkilatı "Access Now"da haqların müdafiəsi üzrə direktor vəzifəsində işləyib. Maher Xarici Əlaqələr Şurasının müvəqqəti üzvü, Dünya İqtisadi Forumunun Gənc Qlobal Lideri və Truman Milli Təhlükəsizlik Layihəsinin təhlükəsizlik üzrə əməkdaşıdır. O, Texnologiya və Demokratiya Mərkəzi, İstehlakçı Bildirişləri, Amerika Rəqəmsal İctimai Kitabxanası, Macəra Alimləri və System.com-un direktorlar şurasının, həmçinin Beyrut Amerika Universitetinin şura üzvüdür. O, dövlət katibinin texnologiya siyasəti üzrə məsləhətçisi kimi işlədiyi ABŞ Dövlət Departamentinin Xarici İşlər Siyasəti Şurasının təyin olunmuş üzvüdür. O, Misirin Qahirə şəhərində yerləşən Amerika Universitetinin Ərəb Dili İnstitutunda və Suriyanın Dəməşq şəhərində français d'études arabes de Damas (L'IFEAD) institutunda təhsil aldıqdan sonra 2005-ci ildə Nyu-York Universitetinin İncəsənət və Elm Kollecində Orta Şərq və İslam tədqiqatları üzrə bakalavr dərəcəsi almışdır.
Meredith Whittaker Signal-ın sədri və Signal Fondu Direktorlar Şurasının üzvüdür.
O, texnologiya, sənaye və akademiya sahələrində, o cümlədən dövlət sektorunda 17 ildən çox təcrübəyə malikdir. Signal-ın sədri olmazdan əvvəl o, Nyu-york Universitetində "Minderoo" tədqiqat professoru və həmtəsisçisi olduğu "AI Now" İnstitutunda fakültə müdiri vəzifələrində fəaliyyət göstərirdi. Onun tədqiqatı və elmi işi qlobal süni intellekt siyasətini formalaşdırmağa kömək etmiş və müasir süni intellektin ehtiyacı olan biznesə nəzarət metodlarını, eləcə də sənaye resurslarının konsentrasiyasını daha yaxşı təqdim etmək üçün süni intellektlə əlaqəli ictimai anlayışı dəyişdirmişdir. Nyu-York Universitetindən əvvəl o, on ildən çox məhsul və mühəndislik komandalarına rəhbərlik etdiyi Google şirkətində fəaliyyət göstərmiş, Google-ın Açıq Tədqiqat Qrupunu yaratmış və hazırda internet performansı ilə bağlı dünyanın ən böyük açıq məlumat mənbəyini təmin edən qlobal miqyasda paylanan şəbəkə dəyərləndirmə platforması "M-Lab"ın həmtəsisçisi olmuşdur. Həmçinin o, Google-un təşkilatlanmasına rəhbərlik etmişdir. O, şirkətin süni intellekt və onun zərərləri ilə bağlı tərəddüdlərə verdiyi qeyri-kafi cavablara qarşı çıxan əsas təşkilatçılarından biri və "Google Walkout"un mərkəz təşkilatçısı idi. O, Ağ Ev, Federal Kommunikasiya Komissiyası, Nyu-York Bələdiyyəsi, Avropa Parlamenti, o cümlədən bir çox digər dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarında məxfilik, təhlükəsizlik, süni intellekt, internet siyasəti və dəyərləndirməsi ilə əlaqədar sahələrdə məsləhətçi kimi xidmət göstərmişdir. Yaxın zamanlarda isə o, ABŞ-ın Federal Ticarət Komissiyası Sədrinin süni intellekt sahəsində baş məsləhətçisi vəzifəsini başa çatdırmışdır.
Moxie Marlinspike Signal təsisçisidir.