İfadə azadlığını qoruyan və etibarlı qlobal ünsiyyət yaratma imkanı verən açıq mənbəli bir məxfilik texnologiyasının inkişafı.

Missiyamız

İfadə azadlığını qoruyan və etibarlı qlobal ünsiyyət yaratma imkanı verən açıq mənbəli bir məxfilik texnologiyası inkişaf etdirmək.

Məxfilik prioritetimizdir

Öncül məhsulumuz "Signal Messenger" ilə məlumatlarınızı idarə etmək "məsuliyyətindən"sə, onların biz daxil hər kəsdən qorunmasının məhz "istifadəçi məxfiliyi"nə xidmət etdiyindən əminik.

Açıq mənbə

Açıq mənbə icmasının sadiq bir üzvü kimi, texnologiyamızı və biliklərimizi paylaşaraq, digər şirkətləri də öz məhsul və xidmətlərində bunlardan istifadəyə təşviq edirik.

Qeyri-kommersiya

Signal fondu 501c3 bölməsinə əsaslanan qeyri-kommersiya təşkilatıdır. Adımızla qürur duyur və bir qeyri-kommersiya təşkilatının, hər hansı bir kommersiya təşkilatı ilə eyni səviyyədə yenilikçi ola və inkişaf edə biləcəyini göstərməyə çalışırıq.

Nə üçün təşkilati formamız Fond + MMC-dir?

Signal fondu "Signal Messenger"in ana firması kimi formalaşdırılıb, çünki hədəfimizdə bir gün eyni missiyaya aparan və məxfiliyi qoruyan digər layihələrin təbliğatı da var.

Hər Kəs üçün Ödənişsiz

Dünyada milyonlarla insanın "Signal Messenger"dən pulsuz bir tətbiq kimi istifadə etməsi üçün icmanın dəstəyinə etibar edirik. Bu yolda bizimləsinizmi?

Nə üçün təşkilati formamız Fond + MMC-dir?

Signal fondu "Signal Messenger"in ana firması kimi formalaşdırılıb, çünki hədəfimizdə bir gün eyni missiyaya aparan və məxfiliyi qoruyan digər layihələrin təbliğatı da var.

Hər Kəs üçün Ödənişsiz

Dünyada milyonlarla insanın "Signal Messenger"dən pulsuz bir tətbiq kimi istifadə etməsi üçün icmanın dəstəyinə etibar edirik. Bu yolda bizimləsinizmi?

Heyət üzvləri

Brian Acton-nun portreti

Brian Acton

Brian Acton 2009-cu ildə WhatsApp mesajlaşma tətbiqinin həmtəsisçisi olan iş adamı və kompüter proqramçısıdır. 2014-cü ildə tətbiq "Facebook"a satıldıqdan sonra Acton müştəri verilənlərinin istifadəsi və məqsədyönlü reklam siyasəti ilə əlaqəli fikir ayrılığına görə şirkətdən çıxaraq bütün səylərini qeyri-kommersiya müəssisələrinə yönəltmək qərarına gəldi. 2018-ci ilin fevral ayında şəxsi büdcəsindən 50 milyon dollar yatıraraq Moxie Marlinspike ilə birgə Signal Fondunu yaratdı. Signal fondu məxfi ünsiyyətin əlçatanlığını, təhlükəsizliyini və hər yerdə mövcud olmasını təmin etmək üçün özünü əsaslı fəaliyyətə həsr etmiş bir qeyri-kommersiya təşkilatıdır.

WhatsApp və Signal Fondunu yaratmazdan əvvəl Acton Apple, Yahoo və Adobe kimi şirkətlərdə proqram təminatı yaradıcısı kimi 25 ildən çox fəaliyyət göstərmişdi.

Moxie Marlinspike-ın portreti

Moxie Marlinspike

Moxie Marlinspike Signal təsisçisidir.

Meredith Whittaker-in portreti

Meredith Whittaker

Meredith Whittaker Signal-ın sədri və Signal Fondu Direktorlar Şurasının üzvüdür.

O, texnologiya, sənaye və akademiya sahələrində, o cümlədən dövlət sektorunda 17 ildən çox təcrübəyə malikdir. Signal-ın sədri olmazdan əvvəl o, Nyu-york Universitetində "Minderoo" tədqiqat professoru və həmtəsisçisi olduğu "AI Now" İnstitutunda fakültə müdiri vəzifələrində fəaliyyət göstərirdi. Onun tədqiqatı və elmi işi qlobal süni intellekt siyasətini formalaşdırmağa kömək etmiş və müasir süni intellektin ehtiyacı olan biznesə nəzarət metodlarını, eləcə də sənaye resurslarının konsentrasiyasını daha yaxşı təqdim etmək üçün süni intellektlə əlaqəli ictimai anlayışı dəyişdirmişdir. Nyu-York Universitetindən əvvəl o, on ildən çox məhsul və mühəndislik komandalarına rəhbərlik etdiyi Google şirkətində fəaliyyət göstərmiş, Google-ın Açıq Tədqiqat Qrupunu yaratmış və hazırda internet performansı ilə bağlı dünyanın ən böyük açıq məlumat mənbəyini təmin edən qlobal miqyasda paylanan şəbəkə dəyərləndirmə platforması "M-Lab"ın həmtəsisçisi olmuşdur. Həmçinin o, Google-un təşkilatlanmasına rəhbərlik etmişdir. O, şirkətin süni intellekt və onun zərərləri ilə bağlı tərəddüdlərə verdiyi qeyri-kafi cavablara qarşı çıxan əsas təşkilatçılarından biri və "Google Walkout"un mərkəz təşkilatçısı idi. O, Ağ Ev, Federal Kommunikasiya Komissiyası, Nyu-York Bələdiyyəsi, Avropa Parlamenti, o cümlədən bir çox digər dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarında məxfilik, təhlükəsizlik, süni intellekt, internet siyasəti və dəyərləndirməsi ilə əlaqədar sahələrdə məsləhətçi kimi xidmət göstərmişdir. Yaxın zamanlarda isə o, ABŞ-ın Federal Ticarət Komissiyası Sədrinin süni intellekt sahəsində baş məsləhətçisi vəzifəsini başa çatdırmışdır.